Bakının Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış məhəlləsində yeni məktəb tikiləcək.
Eləcə də bax: Bakı və Abşeronda - 11 YENİ MƏKTƏB TİKİLƏCƏK - ELAN
FED.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 1200 şagird yerlik məktəbin tikintisi üçün tender elan edir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Ünvan: Bakı şəhəri, Tbilisi prospekti, 57D
Əlaqələndirici şəxs : Aygün Hüseynova telefon : 994 12 431 87 03
İştirak haqqı: 600 AZN