Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ. M. Seçenov Adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universitetinin) Bakı Filialı "Daşınmaz əmlakın icbari sığortası" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi " A-Qroup Sığorta Şirkəti " ASC şirkəti olub. Şirkətlə 5 min 221 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Azərbaycan İnvestisiya Şirkətinin 17 min 390 manat dəyərindəki “Könüllü tibbi sığorta təminatı üzrə xidmət” (14.07.2022) tenderini qazanıb.