Dövlət Turizm Agentliyi " 2022-ci ilin 7-9 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində və 29 noyabr-1 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçiriləcək turizm sərgilərində açar təhvili üsulu ilə sərgi stendlərinin quraşdırılması işlərinin satın alınması " tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Azinterexpo" MMC şirkəti olub. Şirkətlə 785 min 365 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Minatəmizləmə Agentliyinin 34 min 987 manat dəyərindəki “Bakı Expo Mərkəzində təşkil olunacaq 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin (ADEX-2022) keçirilməsi ilə əlaqədar sərgi stendinin və digər avadanlıqların icarəsi xidmətinin satın alınması” (05.09.2022) tenderini qazanıb.