Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən elan edilən tender yekunlaşıb.
Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
FED.az xəbər verir ki, sözügedən tender Sumqayıt şəhər 21 nömrəli, 1176 şagird yerlik məktəbin əsaslı təmiri işlərinin satınalması məqsədilə keçirilmişdi.
Tenderin qalibi Meqaplus Firması (VÖEN: 2900377921) seçilib. Qalib şirkətə 4 434 254 AZN ödəniş ediləcək.
Xatırladaq ki, qalib şirkət bu il ərzində həmçinin başqa bir tenderdə də qalib gəlib.
Belə ki, 4 mart tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən keçirilən tender çərçivəsində, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Kiçik Mərdəkan qəsri”nin bərpası işləri Meqaplus Firmasına həvalə edilib. Tenderin dəyəri 654 744 AZN təşkil edib.
Qeyd edək ki, Meqaplus Firması 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Abuzər Seyidov Bəkir oğludur. Hüquqi ünvanı Sumqayıt şəhəri, Məhəllə 3, ev 6/21, mənzil 14 ünvanında yerləşir.