"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” dərmanların satın alınması üzrə tender elan edir.
Ali Hərbi Məktəb tender elan edir - ŞƏRTLƏR
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
19.05.2022-ci il 11:00-a kimidir və iştirak ödənişi 150 manatdır.
Dərman vasitələrinin topdan satışı üçün müvafiq lisenziya - mütləqdir, notarial qaydada təsdiq edilməlidir, İqtisadiyyat Nazirliyi tərəfindən verilir.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi - mütləqdir, sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməlidir. Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alınmalıdır, 01.01.2022-ci il tarixindən sonrakı tarixə alınmış arayış qəbul ediləcəkdir.
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması - mütləqdir, malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənəd. Sənədlər notarial qaydada təsdiq edilməlidir
Maliyyə vəziyyəti haqqında bank arayışı - mütləqdir, son bir ili əhatə etməlidir, sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir, əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməlidir, 26.04.2022-ci il tarixindən sonrakı tarixə alınmış arayış qəbul ediləcəkdir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Rəşad Yusifov
Əlaqə: +994125259209