“MİDA” MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar satınalmalar üzrə tender elan edir.
Eləcə də bax: Böyük məktəb tikiləcək - TENDER ELANI
FED.az xəbər verir ki, tender 5 lot üzrə keçirilir:
Lot-1 - 29, 31, 38 və 40 nömrəli 9 mərtəbəli 2 bloklu, 30 və 39 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi;
Lot-2 - 32, 33, 35 və 36 nömrəli 9 mərtəbəli 2 bloklu, 34 və 37 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi;
Lot-3 - 42, 43, 45 və 46 nömrəli 9 mərtəbəli 2 bloklu, 41 və 44 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi;
Lot-4 - Ərazinin şaquli planlaşdırılması, səkilər və yollar, abadlıq və yaşıllaşdırma işləri.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra aşağıdakı hesaba hər bir lot üzrə qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanından (əlaqələndirici şəxs: Vəliyev Zahid Musa oğlu, telefon: (+99412) 594-54-01 daxili 238) ala bilərlər.
Tenderdə iştirak haqqı aşağıdakı kimidir:
Lot-1 -1200 manat;
Lot-2 - 1200 manat;
Lot-3 - 1200 manat;
Lot-4 - 900 manat.
İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 2020-ci il 23 sentyabr saat 15.00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi zərfləri 2020-ci il 24 sentyabr tarixində saat 15.00-da “MİDA” MMC-də açılacaqdır.