“MİDA” MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə tikiləcək yaşayış kompleksi ilə əlaqədar tender elan edir.
Eləcə də bax: Böyük tender elanı - 18 ƏDƏD ÇOXMƏRTƏBƏLİ BİNA TİKİNTİSİ
FED.az xəbər verir ki, MİDA 1920 şagird yerlik orta məktəb binasının qazanxana ilə birlikdə tikintisi, avadanlıqlarla təchiz edilməsi və məktəb ərazinin abadlaşdırılması işlərini alır.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra aşağıdakı hesaba hər bir lot üzrə qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanından (əlaqələndirici şəxs: Vəliyev Zahid Musa oğlu, telefon: (+99412) 594-54-01 daxili 238) ala bilərlər.
Tenderdə iştirak haqqı 1000 manatdır.
İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 2020-ci il 23 sentyabr saat 15.00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi zərfləri 2020-ci il 24 sentyabr tarixində saat 15.00-da “MİDA” MMC-də açılacaqdır.