MKSİF Bakıda 810 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi inşa etməyi planlaşdırır.
Eləcə də bax: Məcburi Köçkünlər Fondundan - BÖYÜK TİKİNTİ TENDERLƏRİ- SİYAHI
FED.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsi üçün tender elan edib.
Tender elanına əsasən, infrastruktur Bakı şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 810 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmalıdır.
Tenderdə iştirak haqqı 300 manat təşkil edir.
Tender təklifləri 2020-ci il 19 fevral saat 18:00-dək qəbul olunur. Zərflərin açılışı 20 fevral saat 16:00-da baş tutacaq.
İnterfaks