“Azərenerji” ASC elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Gəncə Memorial Kompleksinin tikintisi 13 milyona tamamlanacaq - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tender 2 ədəd 100 MVA gücündə transformatorların satın alınması məqsədilə həyata keçirilib.
Satınalmanın qalibi “ATEF Şirkətlər Qrupu” MMC (VÖEN: 1900930921) olub və şirkətlə bağlanan müqavilənin ümumi dəyəri 6 490 000 AZN təşkil edir.
Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 33 892 585 AZN-dir. Şirkətin qanuni təmsilçisi Emil Əlixanbəyov Talıb oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşir. Şirkət riskli vergi ödəyicisi deyildir və 31 685,02 AZN vergi borcu mövcuddur.