Bakı Nəqliyyat Agentliyi parklanma ilə bağlı tenderlərinin qaliblərini açıqlayıb.
Eləcə də bax: "Azərpoçt" avtomobillər və velosipedlər alıb - MƏBLƏĞ
FED.az xəbər verir ki, tenderləri "Alpina Parking Consulting" MMC və "MOBİLEX" MMC qazanıb.
Bakı Nəqliyyat Agentliyi:
"Alpina Parking Consulting" MMC ilə Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə auditi xidməti üçün 2 milyon 124 min manatlıq;
"MOBİLEX" MMC ilə Qanunsuz parklanmalara, dayanma və durma qaydalarının pozulmasına qarşı mübarizənin həyata keçirilməsi məqsədilə yaradılmış Mərkəzi İnformasiya Sisteminin Oracle verilənlər bazasının Postgresql verilənlər bazası ilə əvəz olunması üçün 420 min 325 manat, Mərkəzi İnformasiya Sisteminin müəyyən edilmiş qaydada fəaliyyəti üçün Sistemə göstəriləcək 12 (on iki) aylıq texniki dəstək xidməti üçün 366 min 137 manat məbləğində müqavilələr imzalayıb.
Qeyd edək ki, BNA 3 tender üçün ümumilikdə 2 milyon 910 min 462 manat xərcləyib.