"Azərpoçt" avtomobil, velosiped və təmir və ATM-lərin proqram təminatı xidməti tenderlərinin qaliblərini açıqlayıb.
Eləcə də bax: BNA parkinq xidmətlərinin alınmasına - 3 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibləri "Xəzər Auto" MMC, "Touchess" MMC və "Caspa Teknoloji Sanayi ve Ticaret" MMC olub.
"Azərpoçt" 5 ədəd avtonəqliyyat vasitəsinin alınması üçün "Xəzər Auto" MMC ilə 104 min 250 manat, 25 ədəd 3 təkərli velosipedlərin alınması "Touchess" MMC ilə 10 min 768 manat, ATM-lərə təmir və proqram təminatı xidməti üçün "Caspa Teknoloji Sanayi ve Ticaret" MMC ilə 207 min 774 manat məbləğində müqavilələr bağlayıb.
Qeyd edək ki, qurum 1 ədəd avtomobil üçün 20 min 850 manat, 1 ədəd velosiped üçün 431 manat xərcləyib. "Azərpoçt"un 3 tenderinin ümumi məbləği 322 min 792 manat olub.