Bakı Nəqliyyat Agentliyinin 3 böyük tenderini qazanan şirkət məlum olub.
Eləcə də bax: 10,6 manata yaradılan şirkət tenderlərdən - 6 AYA 9,2 MİLYON MANAT QAZANIB
FED.az xəbər verir ki, tenderləri "Techmaster” MMC qazanıb. Şirkət BNA-nın martda 4,5 milyonluq, iyunda 1,8 milyonluq, avqustda 2,1 milyonluq tenderlərini qazanıb.
Bakı Nəqliyyat Agentliyi 3 tender üçün "Techmaster” MMC-yə 8 milyon 379 min 307 manat ödəyib.
Şirkətin qazandığı tenderlərin adı, məbləği və tarixi aşağıdakı kimidir:
Tender 1. “Svetofor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud svetofor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə mal, iş və xidmətlər” – 2 milyon 69 min 545 (19.08.2020)
Tender 2. “Sahə avadanlıqlarının tam gücü ilə işləməsi üçün mövcud struktur və sistemlərə 12 aylıq texniki xidmət” – 1 milyon 799 min 835 manat (17.06.2020)
Tender 3. “Yeni svetofor məntəqələrinin təşkili üçün svetofor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işləri” – 4 509 min 927 manat (19.03.2020)
Qeyd edək ki, "Techmaster” MMC 10 manat nizamnamə kapitalı ilə 31 mart 2016-da yaradılıb. Şirkətin qanuni təsilçisi Sərdar Həsənov Əbülfət oğludur.