"ƏRDAGI" MMC 2020-ci ilin aprel-senytabr aylarında ümumilikdə 9 milyon 218 min 722 manatlıq 7 tender qazanıb.
Eləcə də bax: 10 manata yaradılan şirkət bu rayonun - 2 İLDİR ABADLIQ TENDERLƏRİNİ UDUR - MƏBLƏĞ
FED.az xəbər verir ki, MMC-nin qazandığı tenderlər Goranboy, Göygöl, Gəncə və Samux İcra Hakimiyyətinin elan etdiyi küçə təmiri və abadlıq tenderləridir.
Gəncə İcra Hakimiyyəti 2 tender üçün şirkətə 7 milyon 145 min 560 manat ödəyib. Tenderlərin adları və məbləğləri aşağıdakı kimidir:
- “Gəncə şəhərində abadlıq-quruculuq işlərinin satın alınması” – 3 milyon 174 min 710 manat; (6 iyun 2020)
- “Gəncə şəhərində yolların təmiri işlərinin satın alınması” – 3 milyon 970 min 850 manat; (15 aprel 2020)
Goranboy İcra Hakimiyyəti 3 tender üçün şirkətə 830 min 78 manat ödəyib. Tenderlərin adları və məbləğləri aşağıdakı kimidir.
- “Goranboy şəhərində küçələrin asfalt-beton örtüyünün təmiri işlərinin satın alınması” – 458 min 925 manat; (1 sentyabr 2020)
- “Goranboy şəhər küçələrində səkilərin bərpası və işıqlandırma sistemlərinin quraşdırılması” – 217 365 manat; (1 sentyabr 2020)
- “Goranboy şəhərində abadlıq işləri” – 153 788 manat; (18 iyun 2020)
Göygöl İcra Hakimiyyəti 1 tender üçün şirkətə 859 min 425 manat ödəyib. Tenderin adı və məbləği aşağıdakı kimidir.
“Göygöl şəhərinin D.Qorqud, Niyazi və S.Bəhlulzadə küçələrində yolların əsaslı təmiri” – 859 min 425 manat; (23 may 2020)
Samux İcra Hakimiyyəti 1 tender üçün şirkətə 859 min 425 manat ödəyib. Tenderin adı və məbləği aşağıdakı kimidir.
- Samux şəhəri daxilində yol və küçələrin təmiri” – 383 min 659 manat; (3 sentyabr 2020)
Qeyd edək ki, “ƏRDAGI” MMC 1992-ci ildə, 10,6 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Nazim Məmmədov Fuad oğludur.