"Bakı Metropoliteni" QSC 46 ədəd “Dormakaba TPB-E-02“ tripod tipli turniketlər üçün ehtiyat hissələrinin (qol mexanizmi, elektrik mühərriki, qida bloku, kəmər,ana platası) satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: Nazirlik tədris müəssisələrinin qazlaşdırılmasına 1 milyon manat - XƏRCLƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi "N-LINK" MMC-dir.
Qalib şirkətə 2 569,1 min manat xərclənəcək.