Bakı Nəqliyyat Agentliyi evakuatorların satın alınması üçün keçirdiyi tenderin qalibi məlum olub.
Eləcə də bax: BNA svetofor və dirəklərin alınmasına - 4,5 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, tenderi "AZ-TEX-IMPORT" MMC qazanıb. BNA təxliyyə xidmətinin həyata keçirilməsi üçün nəqliyyat vasitələri üçün MMC ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, BNA 3 ədəd evakuatorun satın alınması üçün 294 min 900 manat xəcləyib.
Evakuatorların göstəriciləri aşağıdakı kimidir:
Ekoloji standart-Avro - 4, İstehsal ili-2020-ci il Mühərrikin həcmi-2900-3500 cm³, Mühərrikin gücü (a.g.)-140-180, Silindr sayı-4, Yanacaq növü-Dizel, Yanacaq çəninin həcmi (L) -100-120, Transmissiya-Önə 6 pilləli, Transmissiyanın növü - Mexaniki Təkər formulası -4x2 Ötürücü-Arxa Əyləc ABS+EBD, Yan şüşələr-Elektrikli tənzimlənən, Kilidlənmə-Mərkəzi uzaqdan idarəli , Sürücü oturacağı-3 istiqamətli idarə olunan, Təkərlər-R16 , Sürüşən Platforma ölçüləri mm - 2200x5650, Bucurqad-5500-6000 kq, Yüklü kütləsi (kq)- >7000 Yükgötürmə (kq)- >4500 Kondisoner Gündüz təhlükəsizlik işıqları(daylight), Qoruyucu kəmər alarmı, Nəqliyyat vasitəsinin arxa hissəsində 2-ci avtomobili yükləyib daşımaq üçün əlavə hidravlik çəngəl, Video registrator- Video görüntüləri minimum 15 gün müddətinə yaddaşda saxlama, Sayrışan işıqlar (göy-qızrmızı), Nəqliyyat vasitəsinin arxa hissəsində işıq qaytarıcılar, Nəqliyyat vasitəsinin arxa hissəsində gecə görüşünü yaxşılaşdırmaq üçün projektor, Səsgücləndiricili mikrofon, Nəqliyyat vasitələrinin xarici tərtibatında, Sifarişə uyğun vinilləmə işləri.