Bakı Nəqliyyat Agentliyi "Bakının müxtəlif ərazilərindəki obyektlərə 2022-2023-cü illər ərzində (1 illik) xidmətlərin göstərilməsinin satınalınmaları" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Sintez" MMC olub. Qalib şirkətlə 985 414 manat məbləğində müqavilə imzalanıb.
Təmzilik xidmətlərin göstərilməsi nəzərdə tutulan obyektlər bunlardır:
"“Bakı şəhərinin müxtəlif ünvnlarında quraşdırılmış 1235 ədəd avtobus dayanacaqlar”;
“Bakı şəhərinin müxtəlif küçə və prospektlərində olan metal dirəklərdə quraşdırılmış yol nişanlar”;
“Bakı şəhərinin müxtəlif küçə və prospektlərində 160 ünvan üzrə quraşdırılmış 901 müxtəlif ölçülü Piyada istiqamət göstəricilər”;
“ Koroğlu NMM-nin sanitar qovşaqlar”;
“Koroğlu NMM-nin sərnişinlər üçün nəzərdə tutulan gözləmə zallarındakı pətək formalı tavan örtüklər”;
“Koroğlu NMM-nin ərazisindəki yaşıllıqlar”;
“Bakı şəhərinin küçə və prospektlərində 578 müxtəli ünvan üzrə quraşdırılmış metal məhəccərlər”;
“BNA-nın inzibati və "Düşərgə" binası da daxil olmaqla bütün köməkçi binalarında xarici divarlara və şüşə örtüklər”;
“BNA-nın inzibati və "Düşərgə" binalarındakı iş otaqlarında “kovrolit” örtüklə örtülmüş döşəmələr”;
“BNA-nın Fərqlənmə Nişanlarının Rəsmiləşdirilməsi Sektorunun (FNRS) yerləşdiyi ərazi”
Qeyd edək ki, "Sintez MMC" şirkəti ilə bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqi "Azərbaycan İnvestisiya Holdinqinin inzibati binasında və həyətyanı sahəsində təmizlik xidməti" tenderi üzrə 144 min 808 manatlıq müqavilə imzalayıb.