Bakı Nəqliyyat Agentliyi (BNA) elekton avadanlığın alışı və quraşdırılmasına 831,154 min manat yönəldəcək.
Eləcə dəbax: Böyük tender elan edildi - ŞƏRTLƏR
FED.az verir ki,«ARIS» şirkəti ilə müvafiq müqavilə imzalanıb.
Müqavilə yeni nəsil divara quraşdırılmış təhlükəsizlik sistemlərinin, simsiz şəbəkə avadanlıqlarının, kommutator modemlərinin alınması və quraşdırılmasını nəzərdə tutur
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Prezident İlham Əliyev cari ilin fevral ayında “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. (İntarfaks-Azərbaycan)