Bir mənbədən satınalmaların sayı və məbləğində artımın qeydə alınması şəraitində bu metod üzrə qiymətlərin optimallaşmasına zərurət var.
FED.az xəbər verir ki, bunu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, bir mənbədən satınalma metodunun vaxt məhdudiyyəti əsası ilə alınan icazələrinin icra prosesində təsdiqinin tapmaması, bir mənbədən satınalma metodunun tətbiqinin vaxta qənaətə imkan verməsi fonunda əksər hallarda vəsaitə qənaətlə nəticələnməməsi kimi hallar müşahidə edilmişdir. (Apa)