Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında fəaliyyət göstərən “Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən tender elan edilmişdi.
Hindistan, Paris, Seul və Dubaya yaradıcı çıxış - 558 MİNLİK TENDER ELANI
FED.az xəbər verir ki, tender Qubadlı rayonunun Mahruzlu kəndində yaşayış binalarının və sahədaxili mühəndis-kommunikasiya sistemlərinin tikintisi ilə bağlı idi. Lakin tender prosesi nəzarət orqanının qərarı ilə ləğv olunub.
Tender 26.425.192,00 AZN məbləğində iri həcmli layihəni əhatə edirdi. Tikinti-quraşdırma işlərinə su, kanalizasiya, qaz, elektrik, rabitə xətləri və kənd daxili yolların çəkilişi daxil idi.
Müsabiqə barədə məlumat 15.01.2025 tarixində saat 12:42-də dərc olunduğu qeyd edilib. Maraqlanan şirkətlər üçün təkliflərin son təqdim olunma tarixi və vaxtı 04.03.2025 saat 17:00 olaraq müəyyən edilmişdi. Həmin gün həm də zərflərin açılış tarixi və vaxtı idi.
Rəsmi açıqlama nəzarət orqanının qərarı kimi göstərilsə də ictimaiyyətə əlavə təfərrüatlar təqdim olunmayıb.