“Əsaslı Tikinti və Təchizat” MMC açıq tender elan edir.
Dövlət qurumu 3 milyonluq mühərrik yağları alacaq - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, elanda mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində ixracın təşviqi ilə bağlı tədbirlərin təşkili xidmətinin satın alınması nəzərdə tutulub.
Tender çərçivəsində kino və dəb klasterlərinin inkişafına yönəlmiş tədbirlər, çap işləri və beynəlxalq film və moda festivallarında iştirakın təmin olunması nəzərdə tutulur.
Tenderdə “Film komissiyası” brendinin tanıtımı və inkişafı istiqamətində müxtəlif işlər planlaşdırılıb. Bunlara beynəlxalq kino sənayesi media platforması olan "Screen"də bir illik tanıtım yerləşdirilməsi, flayer və kataloqların çapı, brendli eko-çantalar və fleşkartların hazırlanması daxildir. Eyni zamanda, ölkənin beynəlxalq arenada təqdimatı məqsədilə Hindistan, Koreya, Fransa və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək nüfuzlu film festivallarında Azərbaycan nümayəndələrinin iştirakı nəzərdə tutulur. Bu tədbirlərdə stendlərin qurulması və əlaqədar bütün xərclərin (aviabilet, viza, otel, qidalanma və s.) qarşılanması planlaşdırılır.
Dəb klasteri çərçivəsində isə Parisdəki "Haute couture" dəb həftəsində 10 geyimin nümayişi və İstanbulda keçiriləcək "İFCO 2025" moda sərgisində iştirak və stend təminatı nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1703544251
Satınalan təşkilatın ünvanı: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 84
Ehtimal olunan qiymət: 558.012,56 AZN
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 26.05.2025 16:00
Zərflərin açılış tarixi və vaxtı: 26.05.2025 16:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Elmir Murquzov, Satınalma mütəxəssisi
Email : [email protected]
Əlaqə telefonnu: +994 12 565 01 47 (448)