Biləsuvar Rayon İcra Hakimiyyəti «Yolların əsaslı təmiri» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Topxana Layihə İnşaat" MMC olub. Şirkətlə 550 min 803 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Ağstafa Rayon İcra Hakimiyyətinin 81 min 498 manat dəyərindəki (17.11.2022) və 369 min 241 manat dəyərindəki “Ağstafa rayonunda yolların əsaslı təmiri” (10.10.2022) eyniadlı iki tenderini qazanıb.