Aqrar Xidmətlər Agentliyi Bifenthrin preparatının satın alınması ilə bağlı təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 600 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1504595531
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A
Müsabiqənin başlama tarixi və vaxtı:17.07.2023 18:50
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 01.08.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 02.08.2023 12:00
Hesab nömrəsi: AZ04CTRE00000000000008537601
Bankın adı: Dövlət Xəzinədarlığı Agentliyi
Bankın kodu: 142330
Müxbir hesab: AZ41NABZ01360100000000003944
Bankın VÖEN-i: 1504595531
Swift kodu: CTREAZ22
Ödəniş şərtləri- Müqavilə üzrə ödəmələr Satınalma müqaviləsi çərçivəsində təhvil veriləcək mallara mütənasib olaraq İcraçının təqdim etdiyi sənədlər (elektron qaimələr, təhvil-təslim aktı, digər sənədlər) əsasında Sifarişçi tərəfindən bank hesabına manatla köçürməklə, lakin 15 bank günündən gec olmamaq şərti ilə həyata keçirilir.
Çatdırılma yeri - KTN yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Təchizat Bazası
Çatdırılma müddəti - 29 dekabr 2023-cü il tarixinədək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının Nizamnaməsi, İddiaçının Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən şəhadətnaməsi (VÖEN), İddiaçının dövlət reyestrindən çıxarışı;
İddiaçının bank rekvizitləri;
Tenderdə iştirak barədə ödəniş sənədi
İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
İxtisas göstəriciləri:
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, (vergi bəyənnaməsi) - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış
İş təcrübəsi haqqında məlumat
Dərman preparatlarının satışına dair lisenziya təqdim edilməlidir;
Dərman preparatının ölkədə qeydiyyatda olması barədə şəhadətnamə təqdim edilməlidir;
Texniki və maliyyə imkanlarının olması barədə
Bu sahədə peşakar olması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Pərvanə Sultanəliyeva, əlaqələndirici şəxs
Email: [email protected]
Əlaqə telefonu: (012) 498 89 14 (İP 5023)
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Əsas Şərtlər Toplusuna uyğun Bifenthrin 100 qr/l - 50.400 litr və ya Bifenthrin 200 qr/l - 25.200 litr - 50 400 litr