Aqrar Xidmətlər Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Bruselyoz xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması nəzərdə tutulur.
Açıq tender prosedurunda iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən, iştirak haqqının ödənilməsi barədə sənədi və tenderdə iştirak barədə müraciət ərizəsini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A, Aqrar Xidmətlər Agentliyinin inzibati binası, 5-ci mərtəbə, 506-cı otaqdan və ya [email protected] elektron poçt ünvanına müraciət edərək əldə edə bilərlər. Əlaqə telefonu: (012) 498 89 14 (İP 5023) (Pərvanə Sultanəliyeva), iştirak haqqı 1000 (min) manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Rekvizitlər
Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005 VÖEN:1401555071
M/H AZ41NABZ01360100000000003944
SWIFT BIK: CTREAZ22
Sifarışçinin adı: KTN yanında AXA
İBAN: AZ04CTRE 00000000000008537601
VÖEN:1504595531
Büdcə səviyyəsinin kodu: 7
Büdcə təsnifatının kodu: 142330
İddiaçılar açıq tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq edilmiş), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifinin qüvvədə olma müddəti - zərflərin açıldığı gündən 30 bank günü çox;
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti;
- zərflərin açılış tarixindən sonra 60 bank günü çox;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
- Texniki və maliyyə imkanlarının olması barədə sənəd;
- Bu sahədə peşakar olması və tender predmeti üzrə iş təcrübəsinin olmasını təsdiq edən müqavilə, təhvil təslim aktı və digər təsdiqedici sənədlər təqdim edilməli;
- Təklif edilən malların uyğunluq sertifikatları;
- Tender predmeti üzrə müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasını təsdiq edən sənəd;
- İddiaçı təklif etdiyi mallar üzrə istehsalçının rəsmi etibarnaməsini təqdim etməli;
* Çiçək xəstəliyi əleyhinə peyvənd vasitəsi - 5.775.000 (beş milyon yeddi yüz yetmiş beş min) doza;
* Qarayara xəstəliyi əleyhinə peyvənd vasitəsi - 4.960.000 (dörd milyon doqquz yüz altmış min) doza;
* Nodulyar dermatit xəstəliyi əleyhinə peyvənd vasitəsi - 1.860.000 (bir milyon səkkiz yüz altmış min) doza;
* Xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı peyvənd vasitəsi (REV-1) - 1.732.000 (bir milyon yeddi yüz otuz iki min) doza;
ğİribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı peyvənd vasitəsi (S-19) - 645.000 (altı yüz qırx beş min) doza;
- Malların çatdırılması müddəti - 29 dekabr 2023-cü il tarixinədək həyata keçirilməlidir;
- Malların çatdırılması yeri - Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Təchizat Bazası.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16.08.2023-cü il saat 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.08.2023-cü il saat 12:00 tarixinə qədər Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A, (5-ci mərtəbə, otaq 506-cı otaq) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 29.08.2023-cü il saat 12:00 tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin inzibati binasında, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A (5-ci mərtəbə, otaq 511-ci otaq) ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.