Beyləqan Rayonu İcra Hakimiyyəti tərəfindən Beyləqan rayonunun küçələrində yolların əsaslı təmir işləri ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
Tenderin qalibi "Proqress İnşaat EN" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 333 min 308 manat 65 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 339 min 275 manat 96 qəpik idi.
Qeyd edək ki, "Proqress İnşaat EN" MMC bundan əvvəl də Beyləqan Rayonu İcra Hakimiyyəti tərəfindən yolların əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 110 min 591 manat 8 qəpik təşkil edib.











