Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması bağlı təkliflər sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, həmin sorğuda 2023-cü il ərzində Bərdə rayonu ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması nəzərdə tutulur.
Qalib şirkət isə “MƏİŞƏT İST” MMC (VÖEN: 2001554431) seçilib.
Şirkətlə 3 150 431 manat məbləğində müqavilə imzalanıb.