Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması bağlı təkliflər sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, həmin sorğuda 2023-cü il ərzində Bakı şəhəri (Binəqədi və Nərimanov rayonları) ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması nəzərdə tutulur.
Qalib şirkət isə “EL OBA” MMC (VÖEN: 1005876511) seçilib.
Şirkətlə 11 109 016 manat məbləğində müqavilə imzalanıb.