Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti iri məbləğli tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, sözügedən tenderdə Bərdə şəhəri, Heydər Əliyev prospektində 2 ədəd 30 mənzilli 6 mərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulur.
Tikinti işləri "Litosfer" MMC-yə həvalə olunub.
Müqavilənin dəyəri isə 4 milyon 518 min 681 manatdır.