Dövlət Sosial Müdafiə Fondu “Dövlət Sosial Müdafiə Fondunun Aparatı və struktur bölmələrində birdəfəlik sosial ödənişlərin nağdsız qaydada əhaliyə çatdırılması məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması” üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. Müsabiqə dekabr ayının 21-də başlayıb. Tələb olunan sənədlər yanvarın 17-dək, təkliflər isə yanvarın 26-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 27-də açılacaq.
Satınalan təşkilatın ünvanı: Həsən bəy Zərdabi 80