Balakən Suvarma Sistemləri İdarəsi "Torpaq məcralı Balakən-Tuqay kanalının (PK0+00-PK06+90;L=0,69 km) beton üzlüyə alınması üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib Zaqatala Melioservis İdarəsi (VÖEN: 5100175091) olub.
Şirkətlə 102 min manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, Zaqatala Melioservis idarəsi 11.09.1996-ci ildədövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 52 660 manatdır. Qanuni təmsilçisi İdris Qurbanov Maarif oğludur. Hüquqi ünvanı, Az6218, Zaqatala rayonu, Əliabad ŞTQ-də yerləşir.