Balakən Suvarma Sistemləri İdarəsi "İstehsalat və avtonəqliyyat vasitələri üçün Aİ-92 və Dizel yanacağının satınalınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Socar Petroleum" QSC (VÖEN: 1600943181) olub.
Şirkətlə 205 787 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, "Socar Petroleum" QSC 15.09.2008-ci ildədövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 83 760 900 manatdır. Qanuni təmsilçisi Abdulla Tağıyev Habil oğludur. Hüquqi ünvanı, az1030, Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev, ev 1C-də yerləşir.