"BakuBus" MMC İveco markalı avtobuslara texniki baxış və müntəzəm xidmət göstərilməsinə və nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan avadanlıqların alınması ilə bağlı tenderlərinin qalibini açıqlayıb.
Eləcə də bax: “BakuBus” nizamnamə kapitalını - ARTIRACAQ
FED.az xəbər verir ki, 5 tenderin 2-ni “Aktiv Qrup" MMC, 3-nü "Aztech and Tegeta Motors" MMC qazanıb.
İveco markalı avtobuslara texniki baxış və müntəzəm xidmət göstərilməsinə tələb olunan avadanlıqlar üçün “Aktiv Qrup" MMC ilə ümumilikdə 829 min 894 manatlıq müqavilə bağlanıb. Belə ki, əyləc qəliblərinin satınalınması üçün 286 min 32 manat, şamlar və başlıqların satınalınması üçün 543 min 862 manat məbləğində müqavilə bağlanıb.
"BakuBus" MMC nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan avadanlıqların alınması üçün “Aztech and Tegeta Motors" MMC ilə bağladığı 3 tenderin ümumi məbləği 1 milyon 314 min 785 manat olub. MMC ilə karkas detallarına aid ehtiyat hissələrinin satınalınması üçün 470 min 584 manat, isitmə, kompressor və pnevmatik sistemlərinə aid ehtiyat hissələrinin satınalınması üçün 415 min 172 manat, elektrik komponentlərinə aid ehtiyat hissələrinin satınalınması üçün 429 min 29 manat məbləğində müqavilə bağlanıb.