“BakuBus” MMC audit xidmətləri üçün elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: BNA qanunsuz parklamaya nəzarət üçün - KAMERA VƏ AVADANLIQ ALIR
FED.az xəbər verir ki, tenderi “Nexia EA” QSC qazanıb. “BakuBus” qalib şirkətlə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, “Nexia EA” QSC şirkəti “BakuBus”un 2019-cu il üzrə Maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin həyata keçirilməsi və nizamnamə kapitalının artırılması üçün audit rəyinin verilməsi xidmətlərini yerinə yetirəcək.
Çap olunmuş bildirişdə müqavilənin məbləği qeyd olunmayıb.
Qeyd edək ki, “BakuBus” MMC-in 2018 və 2017-ci illər üzrə olan audit xidmətlərini də “Nexia EA” MMC qazanmışdı. 2017-ci ildə 15 min 930 manat, 2018-ci ildə 17 min 700 manat məbləğində müqavilələr bağlanmışdı.