“Bakubus” MMC tərəfindən təmizlik xidmətlərinin satınalınması məqsədi ilə elan etdiyi tenderi ləğv edib.
Eləcə də bax: Mərkəzi Bankın iri tenderlərinin - QALİBLƏRİ MƏLUM OLDU - SİYAHI
FED.az xəbər verir ki, tender "Dövlət satınalmaları haqqında" qanunun 50-4.2-ci maddəsinə əsasən, iştirakçılarının sayı 3-dən az olduğu üçün ləğv edilib.
Qeyd edək ki "Dövlət satınalmaları haqqında" qanunun 50-4.2-ci maddəsində deyilir ki, elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir.