Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən bakterioloji reaktivlərin satın alınması ilə bağlı elan edilmiş tender baş tutmayıb.
FED.az xəbər verir ki, tenderin ləğv edilməsinə səbəb “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsi olub.
Həmin maddəyə əsasən, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün tender baş tutmamış hesab edilib.
Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 130 min 770,80 manatdır.













