“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Bu şirkət Gəncədə parkın abadlıq işlərindən - 6,2 MİLYON QAZANACAQ
FED.az xəbər verir ki, tenderin qalibi “Vest-LTD” QSC (VÖEN: 2100393871) olub.
Qalib şirkətə 37 230 106 manat ödəniləcək.
Qeyd edək ki, “Vest-LTD” QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 050 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şahin Verdəliyev Əlimərdan oğludur. Hüquqi ünvanı AZ1134, Bakı Şəhəri Binəqədi Rayonu, Cavad Xan, ev 51, m. 46 ünvanında yerləşir.