Banner

Tenderlər

Bakı və Abşeronda - 11 YENİ MƏKTƏB TİKİLƏCƏK - ELAN

Bakı və Abşeronda - 11 YENİ MƏKTƏB TİKİLƏCƏK - ELAN | FED.az
08:24 11 Aprel 2020

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tenderlər elan edir.

Eləcə də bax: Bakıda yeni məktəb tikiləcək - ELAN

FED.az xəbər verir ki, nazirlik Bakı və Abşeron ərazilərində yeni məktəblərin binalarının tikintisi üçün layihə-smeta işləri satın alır.

Tender aşağıdakı lotlar üzrə keçirilir:

LOT1. Abşeron rayonu, Saray qəsəbə 2 nömrəli tam orta məktəbin sökülərək yerində 2000 şagird yerlik yeni binanın tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması

LOT2. Abşeron rayonu, Saray qəsəbə 1 nömrəli tam orta məktəbin əsaslı təmiri və 960 şagird yerlik əlavə korpusun tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması

LOT3. Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış massivində 1200 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması

LOT4. Abşeron rayonu, Masazır qəsəbəsinin "Yoncalıq" adlanan ərazisində 960 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması

LOT5. Abşeron rayonu, Xırdalan şəhər 8 nömrəli tam orta məktəbin sökülərək yerində 960 şagird yerlik yeni binanın tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması

LOT6. Abşeron rayonu, Xırdalan şəhərinin "Kristal-2" adlanan ərazisində 2000 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması

LOT7. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivində 313 nömrəli tam orta məktəbin əsaslı təmiri və 800 şagird yerlik əlavə korpusun tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması

LOT8. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsinin Aprel Zəfəri küşəsində 1200 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması

LOT9. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin 3-cü mədən küçəsində 1600 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması

LOT10. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbə 136 nömrəli tam orta məktəbin əsaslı təmiri və 900 şagird yerlik əlavə korpusun tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması

LOT11. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin "Südçülük" adlanan ərazisində 2000 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması

Əlaqələndirici şəxs: Sirac Əliyev - Əsaslı Tikinti və Təchizat İdarəsinin Təmir-tikinti işlərinin təşkili və texniki nəzarət şöbəsinin müdiri: 465-73-48

Təşkilatın ünvanı: Bakı şəhəri, Y.Bakuvi küçəsi 18

Digər xəbərlər

Banner