"Təhsilin İnkişafı Fondu" PHŞ (VÖEN – 2007333601) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Bakı şəhəri, Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin sökülərək yerində 528 şagird yerlik yeni binanın tikintisinin əlavə işlərinin və mebel avadanlıqları ilə təchiz edilməsinin satınalınmasıdır. Ehtimal olunan qiymət 1 308 688 manat təşkil edir.
Tender 2 fevral 2026-cı il tarixində dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 4 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İddiaçılar təkliflərini 4 mart 2026-cı il tarixinə qədər Bakı şəhəri, Tbilisi prospekti 49 C, Çıraq Plaza, 14-cü mərtəbə ünvanına təqdim edə bilərlər.











