"Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsi "İşıqlandırma üçün lazımi mal-materialların satınalınması" ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, "Reliable Oil Services" (VÖEN: 1302708481) tenderin qalibi olub.
Qalib şirkətlə 3 097 939 manat məbləğində müqavilə imzalanıb.
"Reliable Oil Services" aşağıdakı cədvəldə göstərilən müxtəlif tenderlərin də qalibi olub.
Satınalan Təşkilatın Adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
1 |
"Bakı Şəhər İşiği" Elektrik Şəbəkə Müəssisəsi |
İşıqlandırma üçün lazımi mal-materialların satınalınması |
3 097 39 |
12.05.2023 |
2 |
Azərbaycan Respublikasi Qaçqinlarin Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti |
Elektrotexniki avadanlıqların satınalınması |
2 999 789 |
09.03.2023 |
3 |
Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi |
ELEKTRİK MAL-MATERİALLARININ SATIN ALINMASI |
289 320 |
08.12.2021 |
4 |
Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi |
2021-ci il üçün elektrik mal-materialların satın alınması |
790 008 |
16.07.2021 |
5 |
Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi |
Mal-materialların, elektrik mallarının satın alınması |
297 513 |
21.05.2020 |