"MİDA" MMC yaşayış kompleksində əlavə süni örtüklü metal torla hasarlanmış idman-oyun meydançalarının və idman qurğuları ilə təchiz edilmiş açıq meydançaların tikintisi üçün elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: "MİDA" 3 minə yaxın kombi və sayğaclar alıb - MƏBLƏĞ
FED.az xəbər verir ki, tenderi "19 saylı tikinti təmir idarəsi" MMC qazanıb.
"MİDA" "19 saylı tikinti təmir idarəsi" ilə 448 min 610 manatlıq müqavilə bağlayıb.
Qeyd edək ki, tikinti işləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi – Hava Limanı 12-ci km “22” ünvanında inşa olunan yaşayış kompleksində aparılacaq.