Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən elan edilmiş tenderə yekun vurulub.
Nazirlik 20 milyonluq sifarişi eyni şirkətə verdi - DETALLAR
FED.az xəbər verir ki, sözügedən tender Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması üçün keçirilib.
Tenderin qalibi "Global Engineering Management Company" MMC seçilib. Qalib şirkətə 21 948 manat ödəniş ediləcək.
Tender çərçivəsində Sabunçu rayonunda Y.Qasımov küçəsi, ev 39, Q.Vəzirov küçəsi, döngə 2, bina 6 və bina 5 ünvanlarında, eləcə də Suraxanı rayonunda Xanlar Ələkbərov küçəsi, ev 43 ünvanında yerləşən qəzalı binaların söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidmətləri icra ediləcək.