Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu 2 böyük tenderi yekunlaşdırıb.
Kənd Təsərrüfatı Nazirliyi 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
FED.az xəbər verir ki, tenderlər əsasən respublikanın təhsil müəssisələrində aparılacaq işləri əhatə edir.
Birinci tender çərçivəsində respublikanın təhsil müəssisələrində kommunal-kommunikasiya işlərinin satınalınması nəzərdə tutulub. Tenderin qalibi "Mühəndislik Tikinti Təchizat" MMC (VÖEN: 2005667751) olub və müqavilənin dəyəri 8 244 969 AZN təşkil edir.
İkinci tender isə respublikanın bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrinin təmiri və inventarlarının bərpası işlərinə həsr olunub. Burada da qalib "Mühəndislik Tikinti Təchizat" MMC (VÖEN: 2005667751) olub, və tenderin dəyəri 11 467 624 AZN təşkil edir.
Beləliklə şirkət iki tenderdən ümumilikdə 19,7 milyon manat sifariş alıb.
Qeyd edək ki, "Mühəndislik Tikinti Təchizat" MMC 2019-cu ildə təsis olunub və nizamnamə kapitalı 2 110 AZN-dir. Şirkətin qanuni təmsilçisi Eltun Mahmudlu Ənvər oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev, ev 15A-dır.