Bakı şəhərinin bir neçə rayonunda yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işləri ilə bağlı yeni layihələr keçilir.
Tibbi qurumun 17 milyon manatlıq tenderi - NİYƏ LƏĞV OLUNDU?
FED.az xəbər verir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən bu istiqamətdə elan edilmiş iki tenderə artıq yekun vurulub. Hər iki tenderin qalibi “Archico Project” MMC olub.
Birinci satınalma Binəqədi rayonu üzrə nəzərdə tutulub. Bu çərçivədə Ağa Nemətulla küçəsi, ev 13 və Dəmiryol küçəsi, ev 19 ünvanlarında yerləşən qəzalı binaların söküntü işlərinin təşkili məqsədilə layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidmətləri göstəriləcək. Bu işlərin ümumi dəyəri 7.717,2 manat təşkil edir.
İkinci satınalma isə daha geniş ərazini əhatə edir. Sabunçu və Suraxanı rayonları üzrə beş müxtəlif ünvanda yerləşən qəzalı binaların söküntü işlərinə dair sənədlərin hazırlanması bu layihənin əsasını təşkil edir. Xidmət göstəriləcək ünvanlar bunlardır:
-
Sabunçu rayonu, Babək küçəsi, ev 23
-
Sabunçu rayonu, Frunze küçəsi, ev 16
-
Sabunçu rayonu, 6-cı Mədən küçəsi, ev 38
-
Sabunçu rayonu, Məmmədəliyev küçəsi, ev 32
-
Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi, ev 87
Bu ikinci layihənin ümumi dəyəri isə 27.730 manat olub.
Hər iki tenderdə məqsəd – istismar müddətini başa vurmuş və artıq təhlükəli vəziyyətdə olan yaşayış binalarının söküntü prosesinin texniki əsaslandırılması, layihələndirilməsi və icrasının müəllif nəzarəti ilə təmin olunmasıdır.