“İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsinin elan etdiyi tender ləğv edilib.
Yol Polisi 3,6 milyon manatlıq – İŞIQFORLAR ALIR – BÖYÜK TENDER
FED.az xəbər verir ki, imtiyazlı əhali qrupuna aid xəstələrin dərman vasitələri ilə təminatı məqsədilə keçirilən satınalma müsabiqəsi təchizatçıların sayının azlığı səbəbindən ləğv olunub. Layihə üzrə ehtimal olunan satınalma dəyəri isə 17.135.936,78 AZN təşkil edirdi.
Müsabiqə 06 fevral 2025-ci il saat 16:04-də dərc olunmuş, təkliflərin təqdim edilmə və zərflərin açılış tarixi 02 aprel 2025-ci il, saat 17:00 olaraq müəyyən edilmişdi.
Lakin təqdim olunan təkliflərin sayı və keyfiyyəti qanunvericiliyin tələblərinə cavab vermədiyindən, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 6 may 2025-ci il tarixli, AİBNDA/SQ-2554/2025 nömrəli qərarı əsasında rəsmən ləğv edilib.
Ləğv edilmənin hüquqi əsası isə “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci bəndi göstərilib. Bu bəndə əsasən, əgər satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, eyni zamanda tələb olunduqda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdırsa, satınalma proseduru etibarsız sayılır.
Belə tenderlərin ləğvi nəticədə əhali qruplarının dərman təminatında gecikmələrə səbəb ola bilər.