“Aqrar Tədarük və Təchizat” ASC 2022-ci ilin (Yeni il) gəlişi ilə əlaqədar Bakı şəhəri əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan təlabatının təmin olunması məqədilə 20-30 dekabr 2021-ci il tarixlərində şəhərin müxtəlif ərazilərində satış yarmarkalarının təşkili və təşkilati işlərin satın alınması üçün keçirdiyi tenderi yekunlaşdırıb.
FED.az xəbər verir qalib şirkət, "AKTUARY" MMC-dir.
“Aqrar Tədarük və Təchizat” qalib şirkət ilə məbləği 199 min 998,2 manat olan müqavilə imzalayıb.
2014-cü ildə yaradılmış "AKTUARY" MMC-nin qanuni təmsilçisi Məmmədov Zabit Zülfəli oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhərinin Nizami rayonundadır. (Marja)