Bakı Şəhər İcra Hakimiyyəti Yaşillaşdırma Təsərrüfati Birliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisitlərin satın alınması nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 3000 (üç min) manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Kamran Əliyev
Əlaqə telefonu: (050) 584-42-45;
Ünvan: Suraxanı rayonu, Muxtar Fətəliyev k. 15.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Bank rekvizitləri
H/H: AZ39CTRE00000000000002517733
VÖEN: 1500240231
Bankın adı: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Tender təklifi
- Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (tender təklifinin təminatı tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox qüvvədə olmalı);
- Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş mənfəət vergisinin bəyannaməsi (2022-ci il üzrə)
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- İddiaçının Nizamnaməsi;
- Qeydiyyatdan keçdiyi ölkə;
- İddiaçının rekvizitləri;
- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi
- Tender təklifinin qüvvədə olma müddəti zərflərin açılış tarixindən sonra azı 70 bank günü qüvvədə olmalıdır
- Tender təklifinin təminatı və forması - Bank zəmanəti - 30 bank günü qüvvədə olmalı, tender təklifinin 1%-i məbləğində.
TİT 12.6 Tender təklifləri aşağıdakı qaydada qiymətləndiriləcəkdir: 100 ballıq sistemlə qiymətləndiriləcəkdir.
TİT 28. Müqavilənin yerinə yetirilməsinin təminatı: Müqavilənin ümumi məbləği 100.000,00 (bir yüz min) ABŞ dollarının manat ekvivalentindən çox olarsa satınalma müqaviləsinin 2%-i miqdarında müqavilənin yerinə yetirilməsi təminatını təqdim edilməlidir və müqavilənin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır.
TİT 29. Müqavilə üzrə ödəniş, avans məbləği və avans təminatı: Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
İşlərin təhvil verilmə müddətinin son tarixi: 30 dekabr, 2023-cü il.
Müsabiqənin başlama tarixi və vaxtı - 01.09.2023-cü il saat 17.00
Tələb olunan sənədlərin son təqdim olunma tarixi və vaxtı: 06.10.2023-cü il saat 10.00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 16.10.2023-cü il saat 17.00
Zərflərin açılış tarixi və vaxtı: 17.10.2023-cü il saat 10.00