Bakı Şəhər Əsaslı Tikinti və Təmir açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların alınması nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 3 000 manatdır.
Satınalan təşkilatın ünvanı: İstiqlaliyyət 18
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 20.06.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 06.07.2023 10:00
Əlaqələndirici şəxs: ƏHMƏD MƏMMƏDOV
Əlaqələndirici şəxsin nömrəsi: +994124965205
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 90 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 120 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- Tender iştirakçılarına təklif edilir ki,öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdır. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. (əlaqələndirici şəxs: Əhməd Məmmədov, 496-52-05) ala bilərlər: Lot 1 – 3000,00 manat İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Hh- AZ22IBAZ38030019446253269215 VÖEN-1702563281 Kod- 805625 VÖEN- 9900001881 M/h- AZ03NABZ01350100000000002944 SWİFT-IBAZAZ2X İştirak haqqı heç bir halda qeri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidir: - tenderdə iştirak etmək üçün ərizə - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi tender təklifi tender zərfin açıldığı gündən sonra azı 90 bank günü təşkil etməlidir. - tender təklifinin 1% faizi həcmində bank təminatı - Tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır. - Müqavilənin yerinə yetirilməsinin təminatı müqavilənin yerinə yetirilmə müddətindən sonra 30 bank günü çox olmalıdır. Müqavilənin yerinə yetirilməsi təminatı: 5%. - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - Mənfəət vergisinin bəyannaməsi (2022-ci ili əhatə etməli və hesabat vergi orqanı tərəfindən məktubla təsdiq edilməlidir. Təsdiq məktubu elektron qaydada əldə edildikdə notarial təsdiqlı təqdim edilməlidir.) - Maliyyə vəziyyəti haqqında hesabat, Mənfəət və zərər haqqında hesabat, Kapitalda dəyişiklik haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat. (2022-ci ili əhatə etməli və hesabatlar müstəqil auditor tərəfindən təsdiq edilməlidir) - Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması - iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış; - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; - İddiaçının oxşar təyinatlı və müxtəlif növ malların tədarükü sahəsində azı 2 milyon manat həcmində müqavilələr və təhvil təslim aktları təqdim etməlidir. - Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi - Anbar sahəsi və nəqliyyət vasitələri barədə məlumat (əsas şərtlər toplusuna əsasən - Əlavə 1) - tədarük-təchizat zəncirinin idarə olunması üçün müvafiq kadr imkanları barədə məlumat (əsas şərtlər toplusuna əsasən – Əlavə 2) - Mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları tender komissiyasına yazılı şəkildə ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 20 iyun 2023-cü il saat 17.00-a və tender təkliflərini və tender təkliflərinin təminatlarını möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə Nəcəfqulu Rəfiyev 17 ünvanına 05 iyul 2023-cü il saat 17.00-a qədər təqdim etməlidirlər. İddiaçıların təklifləri 06 iyul 2023-ci il saat ¬10.00-da Nəcəfqulu Rəfiyev 17 ünvanında açılacaqdır. İddiaçılar səlahiyyətli nümayəndələri açılış prosedurunda iştirak edə bilərlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.