“Bakı Sağlamlıq Mərkəzi” Publik Hüquqi Şəxsi (VÖEN – 1402500641) açıq tender elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti təsərrüfat mallarının (təmizlik vasitələri, salfetlər, məişət və tibbi tullantı paketləri) satın alınmasıdır. Ehtimal olunan qiymət 159 min 70 manat təşkil edir.
Müsabiqə 1 dekabr 2025-ci il, saat 11:50-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 22 dekabr 2025-ci il, saat 15:00, zərflərin açılışı isə həmin tarixdə və 15:00-da keçiriləcək.
İştirak haqqı 250 manat, istifadə haqqı isə 25 manatdır. Bu ödənişlər geri qaytarılmır.
Əlaqələndirici şəxs – Sənani Qurbanov, Təchizat və təminat şöbəsinin qeyri-tibbi təchizat bölməsinin müdiri
Telefon: +994 51 229 70 20
E-mail: [email protected]
İddiaçılar təkliflərini 22 dekabr 2025-ci il, saat 15:00-a qədər Bakı şəhəri, Azadlıq prospekti 112 ünvanına təqdim edə bilərlər.











