Bakı Mühəndislik Universiteti sığorta xidməti ilə bağlı tenderə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Meqa Sığorta" ASC (VÖEN: 1400143091) olub.
Qalib şirkətlə 12 349 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, müqavilədə Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında tətbiq olunan İkili Diplom Proqramı (bundan sonra BMU-İNHA İDP) çərçivəsində Koreya Respublikasına təşkil olunacaq səfərlər məqsədilə səyahət sığortasının satınalınması nəzərdə tutulur.