Şahdağ Turizm Mərkəzi "Avtonəqliyyat vasitələrinin tam sığortasının (kasko) satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Paşa Sığorta" ASC (VÖEN: 1400837161) olub.
Qalib şirkətə 36 724 manat ödəniləcək.
"Paşa Sığorta" ASC bundan öncə Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə 5 935 manat dəyərindəki "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin balansında olan avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması xidməti" tenderi üzrə satınalma müqaviləsi imzalayıb (13.06.2023).