"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" PHŞ (VÖEN – 1506095421) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Bakı şəhərinin küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmir və bərpası, yararsız vəziyyətə düşənlərin sökülərək ərazidən kənarlaşdırılması xidmətləridir. Ehtimal olunan qiymət 682 754 manat təşkil edir.
Tender 4 fevral 2026-cı il tarixində dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 4 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 450 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Abdulxalıqlı Vilayət Məstan oğlu - Baş məsləhətçi
[email protected]
+994 12 566 52 58
İddiaçılar təkliflərini 4 mart 2026-cı il tarixinə qədər Bakı şəh. Nərimanov r/n. Hacı Məmmədov 5 ünvanına təqdim edə bilərlər.











